Fransa Liqa1-in II turunda keçirilən PSJ - "Marsel" oyununda (0:1) baş verən kütləvi dava ilə bağlı qərarlar açıqlanıb. Matc.az xəbər verir ki, qərarda ən ağır cəzaya meydan sahiblərinin müdafiəçisi Leven Kürzava məruz qalıb.

28 yaşlı müdafiəçi 6 oyunluq diskvalifikasiya olunub. Onunla yanaşı, Neymar və Leandro Parades də 3 oyun yaşıl meydanlardan kənarlaşdırılıb.

"Marsel"in isə iki üzvü – Jordan Amavi 3, Dario Benedetto 1 matç meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, sözügedən matçda davaya L.Paredesin rəqib futbolçuya qarşı kobud oyunu səbəb olmuşdu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest