"Sumqayıt"ın əvəzedici heyəti 2020/21 mövsümü üçün hazırlığını davam etdirir.
 
Matc.az xəbər verir ki, bu gün Zaur Hidayətovun yetirmələri "Kapital Bank Arena"da "Qarabağ-2" ilə yoxlama oyununda qüvvəsini sınayıb.
 
Oyun "Sumqayıt"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin qollarını Tahir Zeynalov və Pərvin Kərimli rəqib qapısından keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest