"çox maraqlı oyun alındı. Bu gün gördük ki, bütün komandalar avrokuboklara düşmək üçün layiqli mübarizə aparırlar. Belə getsə, çempion son turda bəlli olacaq". Matç.az saytının mlumatına görə, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XIV turunda "Qəbələ" ilə evdə qolsuz bərabərliklə başa çatan oyundan sonra deyib.

37 yaşlı mütəxəssis bildirib ki, komandasının çıxışından razı qalıb: "Qarşıda iki kubok matçımız var. Bu görüşlərdə də maksimum nəticə qazanmağa çalışacağıq".

Baş məşqçi komandanın aparıcı futbolçularından olan Ruslan Qurbanovu əvəzedici heyətə göndərdiyini söyləyib: "Hər oyundan bir gün qabaq toplaşırıq. Ruslan Qurbanov bazanı icazəsiz tərk etdiyi üçün cəzalanıb və əvəzedici heyətə göndərmişik. Onun istəyi ilə deyil, lazım gəlsə əvəzedici heyətdə oynayacaq. Həm də indi zədəsi var. Qurbanovun qış fasiləsində komandanı tərk edib-etməyəcəyi barədə heç nə deyə bilmərəm".

Hacıyev Edqar Paçekodan savayı qarşılıqlı razılaşma əsasında başqa futbolçuların da göndərilməsini düşündüklərini bildirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest