Futbol üzrə Fransa çempionatında 1-ci turdan təxirə salınmış daha bir oyun keçirilib.
 
Matc.az xəbər verir ki, Marsel "Olimpik"i doğma meydanda "Sent-Etyen"lə qarşılaşıb.
 
Bu matçadək itkisiz irəliləyən komandaların duelində qonaqlar qalib gəlib. Hər hissədə bir qol vuran "Sent-Etyen" ardıcıl 3-cü qələbə ilə turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib.
 
Fransa, Liqa 1
1-ci turun oyunu
17 sentyabr
 
Olimpik (Marsel) - Sent-Etyen 0:2
Qol: Hamuma, 6. Buanqa, 75.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest