Avropa Liqasının II təsnifat mərhələsinin ardından UEFA yeni reytinq cədvəlini açıqlayıb. Matc.az xəbər verir ki, yenilənən siyahıda Azərbaycanın mövqeyi dəyişib.

"Qalatasaray"a 1:3 hesabı ilə uduzan "Neftçi" ölkəmizin aktivinə 0,125 xal gətirib. Bununla da son 5 mövsümün nəticələrinə əsasən hesablanan reytinq xalımız 16,250-yə çatıb.

Dünən Azərbaycan Rumıniyanın qabaqlayaraq 25-ci sıraya yüksəlsə də, "Botoşani" və "Styaua" üst-üstə 0,375 xal yığaraq ölkələrini yenidən əvvəlki mövqeyinə qaytarıb.

Azərbaycan isə 26-cı pilləyə geriləyib.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest