İspaniyalı mütəxəssis Kike Setyen "Barselona"nı məhkəməyə verəcək.
 
Matc.az xəbər verir ki, bu barədə 61 yaşlı mütəxəssis sosial şəbəkə hesabında paylaşım edib.
 
Setyen, bir ay əvvəl müqaviləsini ləğv edən "Barselona"nı məhkəməyə verəcəyini açıqlayıb.
 
Setyen, onunla müqavilənin ləğv edilməsindən sonra təzminat almadığını və artıq bir aydır ki, "Barselona" rəhbərliyinin onunla əlaqə saxlamadığını bildirib. İspan mütəxəssis müqaviləsinin ləğvindən sonra haqlarını tələb etmək üçün keçmiş klubuna avqustun 26-da xəbərdarlıq etdiyini də deyib.
 
Setyen özü ilə yanaşı, üç köməkçisinin də haqlarını qanuni yolla tələb edəcək.
 
Setyen bu ilin yanvarından avqustuna kimi "Barselona"nı çalışdırıb. Kataloniya təmsilçisi ötən ay Setyenlə yollarını ayırıb və baş məşqçi postuna Ronald Kumanı gətirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest