Bir neçə gün öncə "Fənərbaxça" ilə yollarını ayıran Tolqay Arslanın yeni komandası müəyyənləşib.
 
Matc.az xəbər verir ki, 30 yaşlı futbolçu bundan sonra karyerasını İtaliyanın "Udineze" klubunda davam etdirəcək.
 
Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Yarımmüdafiəçi yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.
 
Xatırladaq ki, Tolqay Arslan 2019-cu ilin yanvarından "Fənərbaxça"da çıxış edirdi. İstanbul klubunda 33 rəsmi oyuna çıxan futbolçu 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə "Hamburq", "Allemaniya" və "Beşiktaş"da da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest