Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb.
 
Matc.az xəbər verir ki, o, bu turnirin 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Styaua" (Rumıniya) – "Slovan" (çexiya) matçını idarə edəcək.
 
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.
 
"Styaua" – "Slovan" matçı sentyabrın 24-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest