İtaliyanın "Roma" klubuna A Seriyasının 1-ci turu çərçivəsində qarşılaşdığı "Verona" ilə oyuna görə texniki məğlubiyyət verilə bilər.
 
Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "canavarlar"ı belə bir təhlükə ilə üz-üzə qoyan bu oyunda sifariş olunmamış futbolçunu meydana buraxmalarıdır.
 
Belə ki, paytaxt klubunun yarımmüdafiəçisi Amadu Diavara yeni mövsüm üçün komandanın iştirak ərizəsinə daxil edilməsə də, məşqçilər onu start heyətində meydana buraxıblar. 23 yaşlı qvineyalı yarımmüdafiəçi bu görüşün 89-cu dəqiqəsində əvəzlənib.
 
İtaliya mətbuatının yazdığına görə, A Seriyasında sonuncu dəfə belə bir hadisə 2016-cı ildə "Sassuolo"nun başına gəlib və sözügedən kluba "Peskara" ilə oyunda texniki məğlubiyyət verilib. Reqlamentə görə "Roma"nın da eyni cəzaya məruz qalması ehtimalı yüksəkdir.
 
Xatırladaq ki, "Verona" – "Roma" qarşılaşmasında qapılara qol vurulmayıb – 0:0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest