İsveçrə prokurorluğu "BeIN Media Group" şirkətinin və Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xəlaifiyə 28 aylıq həbs cəzası verilməsini tələb edib.
 
Matc.az xəbər verir ki, bu barədə Fransanın "L`Equipe" nəşri məlumat yayıb.
 
Əl-Xəlaifi korrupsiyada ittiham edilir. Bu üzdən də İsveçrə prokurorluğunda ona qarşı 2017-ci ildə cinayət işi açılıb. Qətərli iş adamının FİFA-nın keçmiş baş katibi Jerom Valkeyə rüşvət verdiyi iddia olunur. Məsələ burasındadır ki, Əl-Xelaifinin rəhbərlik etdiyi "BeIN Media Group" şirkəti Dç-2018-in, eləcə də 2022 və 2026-cı illərdə keçiriləcək növbəti dünya çempionatlarının yayım hüququnu əldə etmək üçün məhz Valke ilə rüşvət müqabilində sövdələşib.
 
Jerom Valke Dç-2014-ün bilet satışı zamanı fırıldağa yol verməkdə şübhəli bilindiyi üçün 2016-cı ildə FİFA-nın baş katibi postundan uzaqlaşdırılıb. İsveçrə prokurorluğu Valkenin də 3 illik həbsini tələb edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest