"Messidən ötrü darıxmıram. Mən fərqli ölkələrdə oynamışam və hər birində uğurlar qazanmışam. Messi isə hələ də İspaniyadadı. Onun, bəlkə də, mənə daha çox ehtiyacı va"

"Yuventus"un hücumçusu Kriştianu Ronaldo "Barselona"nın kapitanı Lionel Messi ilə müqayisəsinə növbəti dəfə münasibət bildirib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, portuqaliyalı həmkarını İtaliyaya çağırıb.

O, argentinalı ilə rəqabət üçün darıxmadığını da vurğulayıb: "Messidən ötrü darıxmıram. Mən fərqli ölkələrdə oynamışam və hər birində uğurlar qazanmışam. Messi isə hələ də İspaniyadadı. Onun, bəlkə də, mənə daha çox ehtiyacı var. Həyat meydan oxumaqdı. Mən fərqli insanları xoşbəxt etməyi sevirəm. Ancaq Messinin də bir gün İtaliyaya gəlməyini istəyirəm. "Barselona"da qalsa, qərarına hörmətlə yanaşaram".

Qeyd edək ki, Kriştianu Ronaldo bu mövsüm "Yuventus"un heyətində 15 matçda 10 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest