Bundan da maksimum yararlanacağıq. Nəticə ya xeyrimizə işləyəcək, ya da yolunda olmayan nələrinsə olduğunu ortaya çıxaracaq".

"Növbəti mərhələyə vəsiqə qazandıq. Amma elə məqamlar da oldu ki, onların üzərində işləməliyik".

Matc.az xəbər verir ki, bunu Polşanın "Legiya" komandasının baş məşqçisi çeslav Mixneviç Kosovo "Drita"sına 2:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının III təsnifat mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib. 50 yaşlı mütəxəssis daha sonra belə davam edib:

"Qarabağ"ı hərtərəfli təhlil edəcəyik. Məqsədimiz qrupa vəsiqə qazanmaqdır. Polşa çempionatındakı görüşümüzün təxirə salınması bu matça hazırlaşmaq baxımından bizə əlavə vaxt qazandırdı. Bundan da maksimum yararlanacağıq. Nəticə ya xeyrimizə işləyəcək, ya da yolunda olmayan nələrinsə olduğunu ortaya çıxaracaq. ümid edirəm ki, hər şey yaxşı olacaq".

Qeyd edək ki, "Legiya" - "Qarabağ" matçı oktyabrın 1-də Varşavada keçiriləcək. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest