İtaliyanın "Breşia" klubunun hücumçusu Mario Balotelli komandasını dəyişə bilər. Matc.az xəbər verir ki, təcrübəli oyunçu "Cenoa" ilə müqavilə bağlamağa yaxındır.

Məlumata görə, 30 yaşlı forvard yeni klubu ilə 1+1 illik sözləşmə imzalayacaq. Oyunçunun agentinin qarşı tərəflə razılığa gəldiyi bildirilir.

Qeyd edək ki, Balotelli müqavilə ilə "Breşia"ya məxsus olsa da, komanda B Seriyasına yuvarlandığı üçün sözləşmə ləğv edilə bilər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest