Almaniyanın "Bavariya" və İspaniyanın "Sevilya" komandaları arasında keçirilmiş UEFA Super Kuboku uğrunda matçdan sonra həftənin oyunçusu açıqlanıb. 
 
Matc.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu ada Münhen təmsilçisinin qapıçı Manuel Noyer layiq görülüb. 
 
34 yaşlı qolkiper qarşılaşma ərzində 4 dəfə komandasını qoldan xilas edib. 
 
Qeyd edək ki, "Bavariya" rəqibini əlavə vaxtda 2:1 hesabı ilə məğlub edərək UEFA Super Kubokunu qazanıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest