"Monako" heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Benfika"nın yarımmüdafiəçisi Florentino Luisi heyətinə qatıb.
 
Bu barədə knyazlıq klubunun rəsmi saytı məlumat yayıb. 21 yaşlı portuqal futbolçu mövsümün sonuna qədər icarəyə götürülüb.
 
Florentino "Benfika"nın öz yetirməsidir. O, 2019-cu ildən bu klubun əsas komandasında çıxış edirdi. Gənc yarımmüdafiəçi Portuqaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da oynayıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest