"Real" İspaniya La Liqasının 3-cü turu çərçivəsində "Betis"lə qarşılaşacaq.
 
Matc.az xəbər verir ki, "kral klubu" sözügedən səfər matçında Marselonun köməyindən istifadə edə bilməyəcək.
 
Bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Braziliyalı müdafiəçi belindəki ağrılar səbəbindən "Betis"lə oyunu buraxacaq.
 
Bu gün keçiriləcək "Betis" – "Real" matçına saat 23:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest