Futbol üzrə İngiltərə Premyer Liqasında 3-cü tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. 
 
Turun açılış matçında "Mançester Yunayted" "Brayton"un qonağı olub. Beş qolun qeydə alındığı matçıda "qırmızı şeytanlar" dramatik qələbəyə seviniblər.
 
ötən tur doğma meydanda "Liverpul"a məğlub olan "çelsi", bu dəfə "Vest Bromviç"in qonağı olub. Altı qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.
 
"Everton" səfərdə "Kristal Pelas"dan üstün olub. "Sauthempton" isə "Bernli" səfərindən minimal hesabla qalib dönüb.
 
İngiltərə Premyer Liqası
3-cü tur
26 sentyabr
 
Brayton – Mançester Yunayted 2:3
Qol: Maupay, 40-pen. Mark, 90+5 – Dank, 43-öz qapısına. Reşford, 55. B.Fernandes, 90+10-pen.
 
Kristal Pelas – Everton 1:2
Qol: Kuyate, 26 – Kalvert, 10. Riçarlison, 40-pen.
 
Vest Bromviç – çelsi 3:3
Qol: Robinson, 4; 25. Bertli, 27 – Mount, 55. Hodson-Odoi, 70. Abraham, 90+3.
 
Bernli – Sauthempton 0:1
Qol: İnqs, 5.
 
27 sentyabr
 
15:00 Şeffild Yunayted – Lids
17:00 Tottenhem – Nyukasl
19:30 Mançester Siti – Lester
22:00 Vest Hem – Vulverhempton
 
28 sentyabr
 
20:45 Fulhem – Aston Villa
23:00 Liverpul – Arsenal

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest