İtaliyanın "Cenoa" klubunun iki futbolçusu koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, Lasse Şönenin və qapıçı Mattia Perinin koronavirus testi pozitiv olub.
 
Onların adı A Seriyasının 2-ci turu çərçivəsində keçiriləcək "Napoli" ilə oyunun iştirak ərizəsindən çıxarılıb. Hər iki futbolçu karantinə alınıb.
 
"Napoli" – "Cenoa" oyunu bu gün, saat 17:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest