Azərbaycan millisinin yeni baş məşqçisi italiyalı olacaq. Matç.az xəbər verir ki, bu iddia ilə "Tuttomercato" nəşri çıxış edib.

Bildirilir ki, Qurban Qurbanovun gedişindən sonra boş qalmış posta ilk namizəd Canni de Byazidi. Həmkarlarımız danışıqlara artıq start verildiyini vurğulayıb. Mənbə onu da əlavə edib ki, bu həftə çox vacibdi. 62 yaşlı mütəxəssislə ortaq məxrəcə gəlinsə, o, ilin sonuna qədər rəsmən təqdim ediləcək.

2011-2017-ci illərdə Albaniya yığmasını çalışdırmış de Byazi Azərbaycanda işləməyin əleyhinə deyil. O, həmçinin "Bolonya" rəhbərliyinin də maraq dairəsindədi. Lakin de Byazinin yığmamıza təyinatı daha real görünür.

Qeyd edək ki, 1990-cı ildən məşqçiliklə məşğul olan Canni de Byazi son olaraq ötən il "Alaves"i çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest