Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun polkovniki, 48 yaşlı Nikolay Mikaeloviç Aykyanı məhv edib.
 
Polkovnikin adı Ermənistan Müdafiə Nazirliyinin yaydığı öldürülən hərbçilərin siyahısında qeyd olunub.
 
Qeyd edək ki, daha öncə Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin desant həmlə taborunun komandiri polkovnik-leytenant Lernik Babayan məhv edilib, onun komandiri olduğu hərbi hissənin şəxsi heyəti isə ağır itkilərə məruz qalıb.
 
Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlının verdiyi məlumata görə, düşmən son saatlarda Goranboyu atəşə tutub: "Düşmən Goranboy rayonunun Yuxarı Ağcakənd və Qaramusalı kəndlərini artilleriya atəşinə məruz qoyub. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyməyib. Kənd sakinləri arasında itki yoxdur. Düşmənə qarşı bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest