Niderlandın PSV klubu heyətini yeni futbolçuyla gücləndirib.
 
Matc.az xəbər verir ki, Eyndhoven təmsilçisi "Tuluza"dan İbrahim Sanqareni transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
 
Fil Dişi Sahili milli komandasının da üzvü olan Sanqare, 2016-cı ildən "Tuluza"da idi.
 
Sanqare ilə İngiltərənin "Arsenal" klubu da maraqlanırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest