Bu gün 21 yaşadək futbolçular arasında AVRO-2021-in püşkatma mərasimi keçirilib. Matç.az saytı xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə seçmə mərhələdə çıxış edəcək 53 komanda 9 qrupa bölünüb.

Bunların səkkizində 6, birində 5 yığma yer alıb. Azərbaycan yığması da gələn il başlayacaq seçmə mərhələdəki rəqiblərini tanıyıb. Millimiz II qrupunda oynayacaq. Seçmə mərhələdə komandamızın rəqibləri Fransa, Slovakiya, İsveçrə, Gürcüstan və Lixtenşteyn olacaq.

AVRO-2021-in seçmə mərhələsinin qrupları:

1-ci qrup

İtaliya

İsveç

İslandiya

İrlandiya

Ermənistan

Lüksemburq

2-ci qrup

Fransa

Slovakiya

İsveçrə

Gürcüstan

Azərbaycan

Lixtenşteyn

3-cü qrup

İngiltərə

Avstriya

Türkiyə

Kosovo

Albaniya

Andorra

4-cü qrup

Xorvatiya

çexiya

Yunanıstan

Şotlandiya

Litva

San-Marino

5-ci qrup

Serbiya

Polşa

Rusiya

Bolqarıstan

Latviya

Estoniya

6-cı qrup

İspaniya

İsrail

Monteneqro

Makedoniya

Qazaxıstan

Farer adaları

7-ci qrup

Portuqaliya

Hollandiya

Norveç

Belarus

Kipr

Cəbəllütariq

8-ci qrup

Danimarka

Rumıniya

Ukrayna

Finlandiya

Şimali İrlandiya

Malta

9-cu qrup

Almaniya

Belçika

Uels

Bosniya və Herseqovina

Moldova

Seçmə mərhələdə qrup qalibi olan 9 komanda final mərhələsinə vəsiqə qazanacaq. İkinci yer sahibi olanlardan yalnız ikisi pley-offa yüksələcək və sonuncu vəsiqə üçün mübarizə aparacaq. Ən yaxşı qrup ikinciləri ilk 5 yerin oyunlarında göstərilən nəticələrlə müəyyənləşəcək. Yəni 6 komandalı qrupun sonuncu yerin sahibi ilə matçlar müqayisə zamanı nəzərə alınmayacaq. Final mərhələsinin ev sahibləri Macarıstan və Sloveniyanın birbaşa yarışa vəsiqə əldə edib.

Seçmə mərhələnin oyunlarının keçiriləcəyi tarixlər də bəllidi. Millimiz bu tarixlərdə seçmə oyunu keçirəcək:

Oyun günləri
18–20 mart 2019
3–11 iyun 2019
2–10 sentyabr 2019
7–15 oktyabr 2019
11–19 noyabr 2019
23–31 mart 2020
31 avqust–8 sentyabr 2020
5–13 oktyabr 2020
Pley-off: 9–17 noyabr 2020

Qeyd edək ki, Avropa çempionatının 12 komandalı final mərhələsi 2021-ci ilin iyun ayında keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest