Futbol üzrə İspaniya La Liqasında 4-cü tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
 
Son turda doğma meydanda xal itirən "Valensiya" bu dəfə çətin "Real Sosyedad" səfərinə yollanıb və minimal hesabla qalib gəlib. "Betis" isə "Xetafe" ilə qarşılaşıb. Bu görüşdə meydan sahibləri darmadağına seviniblər.
 
Bu tur keçirilməli olan "Osasuna" – "Qranada" matçı təxirə salınıb.
 
İspaniya La Liqası
4-cü tur
29 sentyabr
 
Real Sosyedad – Valensiya 0:1
Qol: M.Qomes, 75.
 
Xetafe – Betis 3:0
Qol: Anxel, 13; 42. Kuku, 39.
 
30 sentyabr
 
21:00 Hueska – Atletiko
21:00 Vilyarreal – Alaves
23:30 Eybar – Elçe
23:30 Real – Valyadolid
 
1 oktyabr
 
21:00 Atletik – Kadis
21:00 Sevilya – Levante
23:30 Selta – Barselona

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest