Bildirilib ki, düşmənin bu fəaliyyətinin qarşısı alınır və onun müqavimətinin qırılması məqsədilə qoşunlarımız tərəfindən əks-həmlə əməliyyatı keçirilir.

İtirilmiş mövqeləri geri qaytarmaq üçün Madagiz istiqamətinə əlavə qüvvələr cəmləşdirən düşmən sentyabrın 30-u səhər saatlarından başlayaraq hücuma cəhd göstərib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, düşmənin bu fəaliyyətinin qarşısı alınır və onun müqavimətinin qırılması məqsədilə qoşunlarımız tərəfindən əks-həmlə əməliyyatı keçirilir.
Hazırda bütün cəbhə boyu hərbi əməliyyatlar davam edir. Döyüşlərin gedişində düşmən ordusu Tərtər şəhərini də müxtəlif tipli artilleriya qurğularından atəşə tutur. Şəhərdə infrastruktura ziyan dəyib, yaralılar var.
Xatırladaq ki, Azərbaycan ordusu hərbi əməliyyatların birinci günüdə Talış kəndi ətrafındakı bəzi mühüm yüksəklikləri tutub.
 
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest