O, "bütün dualarım sizinlədir, əziz dostlarım. Qarabağ Azərbaycandır" - deyə, yazıb.

Ermənistan silahlı qüvvələrinin işğal etdiyi əraziləri azad etmək üçün əks-hücuma keçən Azərbaycan Ordusuna dəstək davam edir.

Matc.az xəbər verir ki, vaxtilə ölkəmizdə oynamış əcnəbi oyunçular da hadisələrə biganə qalmır. Hazırda Türkiyənin "Konyaspor" klubunda çıxış edən İbrahim Şehiç instaqram səhifəsindəki paylaşımı ilə ölkəmizə dəstək olub.

O, "bütün dualarım sizinlədir, əziz dostlarım. Qarabağ Azərbaycandır" – deyə, yazıb.

Qeyd edək ki, İbrahim Şehiç 2013-2018-ci illərdə "Qarabağ"ın şərəfini qoruyub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest