"Bir yerdə olmalı, eyni istiqamətdə hərəkət etməliyik. Azarkeşlərə deyirəm ki, dediklərimdən və ya etdiyim işlərdən əsəbiləşmisinizsə, bunları unudun"

"Barselona"nın hücumçusu Lionel Messi klubun gələcək hədəflərindən danışıb. Matc.az xəbər verir ki, o, azarkeşlərə də müraciət edib:

"Artıq bütün söz-söhbətlərə son qoymaq lazımdır. Birliyi qorumalı və ən yaxşı nəticələrin qarşıda olduğunu anlamalıyıq. Səhvlərimə görə mən cavabdehəm. "Barselona"nı daha yaxşı və güclü etməliyik. Ehtirasın həyəcan və motivasiya ilə birləşməsi hədəflərə çatmaq üçün yeganə açardır. Bir yerdə olmalı, eyni istiqamətdə hərəkət etməliyik. Azarkeşlərə deyirəm ki, dediklərimdən və ya etdiyim işlərdən əsəbiləşmisinizsə, bunları unudun. Həmişə klub üçün ən yaxşısını istəmişəm".

Qeyd edək ki, argentinalı futbolçu Kataloniya təmsilçisindən ayrılmaq istəsə də, sonradan qərarını dəyişib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest