"Atletiko"nun hücumçusu Dieqo Kosta karyerasını PSJ-də davam etdirə bilər. Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Bildirilir ki, Paris klubu ispaniyalı hücumçu ilə yaxından maraqlanır. Ancaq PSJ ilk öncə heyətdəki yüksək maaş alan oyunçulardan biri ilə vidalaşmalıdır. Əgər bu baş versə, Kosta PSJ forması geyinəcək.

Braziliya əsilli forvard 2018-ci ildən "Atletiko"da çıxış edir. O, ötən mövsüm 23 oyunda iştirak edib və 5 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest