"Yaxşı xəbər görmək arzusu ilə, tez-tez saytları izləyirəm. Dualarımız əsgərlərimizlədir".

Matc.az xəbər verir ki, bu szöləri "Sabah"ın futbolçusu Ruslan Abışov feysbuk səhifəsində yazıb. O, daha sonra belə davam edib:

"Hələ ki, gücümüz buna çatır. Ürəyimiz prezidentimiz, ordumuz və Vətənimizlədir. İnanıram ki, qələbə bizim olacaq. Allah bütün əsgərlərimizi qorusun. Şəhid olan qardaşlarımıza Allah rəhmət eləsin. Vətən sağ olsun!".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest