Fransanın "Olimpik" (Lion) klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi İtaliyanın "Milan" klubunun yarımmüdafiəçisi Lukas Paketanı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Braziliyalı futbolçu yeni klubu ilə 5 illik müqavilə imzalayıb.
 
23 yaşlı futbolçunun keçidi "rossonyerlər"ə 20 milyon avro qazandırıb.
 
Qeyd edək ki, Lukas Paketa "Milan"a 2019-cu ilin yanvarında Braziliya təmsilçisi "Flamenqo"dan keçib. O, Braziliya yığmasında keçirdiyi 11 oyunda 2 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest