Futbol üzrə Almanya Super Kubokunun yeni qalibi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, 2020-ci ilin Super Kubok matçı "Bavariya" ilə Dortmund "Borussiya"sı ilə qarşılaşıb.
 
Beş qolun qeydə alındığı matç dortmundluların məğlubiyyəti ilə bitib – 2:3. Beləcə, "Bavariya" növbəti titulunu qazanıb. Bu, komandanın il ərzində 5-ci tituludur. Avropada çempionlar Liqası və Super Kuboka yiyələnən "Bavariya" Almaniyada çempionluqla kubokun ardından Super Kubokun da qalibi olub.
 
Xatırladaq ki, ötən il də Almaniya Super Kubok matçında bu iki klub üz-üzə gəlmişdi. Həmin oyunda "Borussiya" qalib gəlmişdi.
 
Almaniya Super Kuboku
30 sentyabr
 
Borussiya – Bavariya 2:3
Qol: Brandt, 39. Haland, 55 - Tolisso, 18. Müller, 32. Kimmix, 82.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest