Futbol üzrə İtaliya A Seriyasında 1-ci turdan təxirə salınmış oyunlar keçirilib.
 
Matc.az xəbər verir ki, bu gün 3 matç baş tutub.
 
"İnter" 7 qolun vurulduğu görüşdə "Benevento" üzərində səfər qələbəsinə sevinib. "Spetsia" isə "Udineze" ilə görüşdə meydan sahiblərini xalsız qoyub.
 
Günə "Latsio" – "Atalanta" matçı ilə yekun vurulub. Berqamo təmsilçisi Romada əldə etdiyi üç xalla mövsümdə ikinci qələbəsini bayram edib.
 
İtaliya A Seriyası
1-ci turun oyunları
30 oktyabr
 
"Udineze" – "Spetsia" 0:2
Qol: Qalabinov, 29; 90.
 
"Benevento" – "İnter" 2:5
Qol: Kaprari, 34; 76 – Lukaku, 1; 28. Qalyardini, 25. Hakimi, 42. Martines, 71.
 
"Latsio" – "Atalanta" – 1:4
Qol: Kaysedo, 56 - Qosens, 10, Hatebor, 32, Qomes, 41; 61.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest