"Neftçi" ilə 2 il yarımlıq müqavilə bağladım. Məqsədim burda daha böyük uğurlar qazanmaqdı". Matç.az saytı xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Mamadu Mbodj deyib.

ölkəsinin mətbuatına açıqlama verən seneqallı mərkəz müdafiəçisi "Neftçi"ni əvvəlki klubu "Jalgiris"dən, Azərbaycan Premyer Liqasını isə Litva çempionatından üstün sayıb: "Yeni klubum mənə Litva çempionatından daha yüksək liqada maraqlı layihə təklif etdi. Hazırda Bakıdayam. Yeni komanda yoldaşlarımla bir-birimizi daha yaxşı tanımağa çalışıram. "Neftçi" Azərbaycan çempionatının lideridi və ən yaxın izləyicisi olan "Qarabağ"ı 3 xal qabaqlayır. Azərbaycan çempionatı isə Litva birinciliyindən daha populyardı. Bu komanda avrokuboklarda da uğurlu çıxış etmək arzusundadı".

Qeyd edək ki, Seneqalın U-20 və U-23 yığmalarında çıxış etmiş 25 yaşlı Mamadu Mbodj qış fasiləsindən sonra "Neftçi"nin oyunlarında iştirak edə biləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest