"Mxitaryan artıq-əskik danışmasın, özünə hörmət etsin. O, Qarabağ haqqında söz deyə biləcək ən axırıncı adamdır"

"Cəbhə xəttində baş verənlərə görə sevinirəm. Döyüşlərin dayanmasını istəmirəm. Torpaqlarımızı erməni işğalından azad etməliyik". Bu fikirləri Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev Ordumuzun işğal altında olan torpaqların azad olunması üçün keçirdiyi əks-hücum əməliyyatları barədə danışarkən deyib.
 
Veteran hücumçu bildirib ki, özü də döyüşlərə qoşulmağa hazırdır: "Mən Sovet ordusunda, Hərbi Hava Qüvvələrində xidmət etmişəm. Hərbi pilotam. Ehtiyac yaranarsa, 100 faiz cəbhəyə gedib döyüşərəm. İnanıram ki, qələbə bizimlə olacaq. Sadəcə, axıra kimi getməliyik".
 
48 yaşlı keçmiş oyunçu Ermənistan millisinin və İtaliya "Roma"sının yarımmüdafiəçisi Henrik Mxitaryanın Qarabağla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib: "Mxitaryan artıq-əskik danışmasın, özünə hörmət etsin. O, Qarabağ haqqında söz deyə biləcək ən axırıncı adamdır. özünü haqlı sayırsa, nəyə görə Bakıdakı oyuna gəlməmişdi? Qorxdu? Nədən qorxdu? Dövlət səviyyəsində təhlükəsizlik təminatı verilmişdi. Bəs bizimkilər niyə Ermənistana, ora-bura getməkdən qorxmurlar?".
 
Qeyd edək ki, Azərbaycan millisində 35 oyun keçirmiş Vadim Vasilyev 2 qol vurub. O, karyerası ərzində "Neftçi", "Qarabağ", "Bakı", "Olimpik" və "Karvan" kimi komandaların da formasını geyinib.(report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest