Dünya və Avropa çempionu, güləş üzrə qadınlardan ibarət yığmanın lideri Mariya Stadnik Ermənistan təxribatı barədə danışıb.
 
Matc.az xəbər verir ki, idmançı hələ də davam edən döyüşlərdə ermənilərin mülki vətəndaşları öldürdüyünü bildirib:
 
"30 ilə yaxındır ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib. Ermənistan BMT qətnamələrini kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi təcavüz edib və Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal edib. Bir milyondan artıq azərbaycanlı məcburi köçkünə çevrilib. 30 ildən artıq davam edən danışıqlar prosesi nəticəsiz qalıb.
 
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun cəbhəyanı mövqelərini və yaşayış məskənlərini atəşə tutublar. 20 nəfərə yaxın insan həlak olub, onların arasında uşaqlar da var".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest