Madrid "Real"ı ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, "kral klubu"nun yarımmüdafiəçisi Eden Hazard yenidən zədələnib.
 
Bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb. Belçikalı yarımmüdafiəçinin sağ ayaq əzələsində zədə aşkarlanıb. Buna görə də 29 yaşlı oyunçu 3-4 həftə müddətində yaşıl meydanlardan kənarda qalacaq.
 
Hazard Belçika millisinin 8, 11 və 15-də keçirəcəyi oyunlarda da iştirak edə bilməyəcək. Qeyd edək ki, ötən il "çelsi"dən transfer olunan Eden həmin dövrdən bəri dəfələrlə belə zədə problemi ilə üzləşib. O, geridə qalan mövsümdə cəmi 16 matça çıxıb, 1 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest