Azərbaycanlı futbolçu Elvin Yunuszadənin formasını geyindiyi Şimali Makedoniyanın "Şkupi" klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, sözügedən komandanı bundan sonra türk mütəxəssis ümit Karan çalışdıracaq.
 
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. 44 yaşlı məşqçi ilə 1 illik müqavilə imzalanıb.
 
"Şkupi"nin əvvəlki baş məşqçisi sentyabrın 28-də istefaya göndərilmiş Muarrem Bayrami idi.
 
Qeyd edək ki, ümit Karan 2018/19 mövsümündə də "Şkupi"nin baş məşqçisi olub. Komanda cari mövsüm Avropa Liqasının 1-ci təsnifat mərhələsində Bakıda "Neftçi"yə 1:2 hesabı ilə uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest