Digər iki yığma isə komandamıza tanışdı. Fransa ilə uzaq AVRO-1996-nın seçmə mərhələsində oynamışıq. Millimiz həmin vaxt meydana çıxmağa da peşman olub.

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2021-in seçmə mərhələsindəki rəqibləri bəlli olub. Matç.az saytı xəbər verir ki, yığmamız II qrupda Fransa, Slovakiya, İsveçrə, Gürcüstan və Lixtenşteynlə mübarizə aparacaq.

Sonuncu üç komanda millimiz üçün yeni rəqiblərdi. U-21 heç vaxt seçmə mərhələdə Lixtenşteyn, Gürcüstan və İsveçrə ilə qarşılaşmayıb.

Digər iki yığma isə komandamıza tanışdı. Fransa ilə uzaq AVRO-1996-nın seçmə mərhələsində oynamışıq. Millimiz həmin vaxt meydana çıxmağa da peşman olub. Amansız fransalılar hər iki oyunda 5 cavabsız qol vurub.

13.12.1994. Azərbaycan – Fransa – 0:5

06.09.1995. Fransa – Azərbaycan – 5:0

Slovakiya millimizə daha yaxşı tanışdı. Bu rəqiblər üç seçmə mərhələdə rəqib olan U-21 altı dəfə qüvvəsini sınayıb. Slovakiya millimizin tarixinə qalib gəldiyimiz ilk komanda kimi düşüb.

Yığmamız AVRO-1996-nın seçmə oyunundakı ilk, həm də yeganə qələbəsini Samir Məmmədovun qolu ilə bu rəqib üzərində qazanıb. Düzdü, 4 matçda uduzan yığmamız slovakiyalılardan bir də 6 il sonra xal alıb. Bu dəfə qolsuz heç-heçə qeydə alınıb. 3 dəfə böyük hesabla uduzan komandamız vurduğu 2 topun əvəzində 13-nu buraxıb. Millimizin digər qolunu Ceyhun Sultanov vurub.

28.03.1995. Slovakiya – Azərbaycan – 3:0

15.08.1995. Azərbaycan – Slovakiya – 1:0

04.09.1998. Slovakiya – Azərbaycan – 2:1

08.10.1999. Azərbaycan – Slovakiya – 0:3

27.03.2001. Slovakiya – Azərbaycan – 5:0

05.06.2001. Azərbaycan – Slovakiya – 0:0

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest