Futbol üzrə Braziliya millisinin və Fransanın PSJ klubunun hücumçusu Neymar vergidən yayınmaqda ittiham olunur.
 
Matc.az xəbər verir ki, o, İspaniya "Barselona"sında oynadığı 2013-2017-ci illər aralığında vergiləri tam ödəməyib.
 
İspaniya vergilər xidməti 2019-cu ilin sonuna qədər olan dövr üçün hesabat hazırlayıb. Burada ən azı 1 milyon avro vergi ödəməyənlər yer alıb.
 
Ən çox borc sahiblərindən biri Neymardır. Braziliyalı vergilərə 34,6 milyon avro borcludur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest