İngiltərənin "Fulhem" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Leyptsiq"in hücumçusu Ademola Lukmanı heyətinə qatıb.
 
Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. 22 yaşlı ingilis futbolçu mövsümün sonuna qədər icarəyə götürülüb.
 
Lukman "Leyptsiq"ə 2018-ci ildə "Everton"dan keçsə də, Almaniya təmsilçisində möhkəmlənə bilməyib. İngiltərənin gənclərdən ibarət yığmasının sabiq üzvü "Everton"dan öncə "çarlton"da da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest