Futbol üzrə İngiltərə Liqa Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
 
"Brentford" "Fulhem"i, "Stok Siti" isə "Aston Villa"nı məğlub edib. Gecənin ən maraqlı görüşü "Liverpul"la "Arsenal" arasında baş tutub. Matçın əsas vaxtında qalib müəyyənləşməyib. Bu üzdən də penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Arsenal" növbəti mərhələyə yüksəlib.
 
Daha öncə "Tottenhem", "Nyukasl", "Mançester Yunayted", "Mançester Siti" və "Everton" da 1/4 finala vəsiqə qazanmışdı. 
 
İngiltərə Liqa Kuboku
1/8 final
29 sentyabr
 
Tottenhem – çelsi 1:1 (penaltilər 5:4)
 
30 sentyabr
 
Nyuport – Nyukasl 1:1 (penaltilər 4:5)
 
Bernli - Mançester Siti 0:3
 
Brayton - Mançester Yunayted 0:3
 
Everton - Vest Hem 4:1
 
1 oktyabr
 
Brentford – Fulhem 3:0
 
Aston Villa - Stok Siti 0:1
 
Liverpul – Arsenal 0:0 (penaltilər 4:5)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest