"Rəqibləri seçmək imkanımız yoxdu. Bu üzdən də püşkün bizə seçdiyi komandalarla oynamalıyıq". Matç.az saytı xəbər verir ki, bunu Slovakiyanın U-21 yığmasının futbolçusu Kristian Hers deyib

Millisinin kapitanı AVRO-2021-in bugünkü püşkünü dəyərləndirib. Hers Fransa, İsveçrə, Azərbaycan, Gürcüstan və Lixtenşteynlə birlikdə yer aldıqları qrup barədə iddialı danışıb: "Bizə lazım olan nəticəni qazanmaq üçün hər şey etməliyik. Əsas komandası dünya çempionu olan Fransanın gəncləri ilə eyni qrupa düşmüşük. Bu rəqib bizim səviyyəyə uyğundu və çox maraqlı iki matç baş tutacaq. İsveçrə də çox yaxşı rəqib olacaq. Bu ölkənin futbolu çox böyük sıçrayış edib. Bunu əsas yığmanın nəticələri də təsdiqləyir. Digər rəqiblər isə gözlənilməz komandalardı. Gürcüstan, Azərbaycan və Lixtenşteynə hər iki matçda qalib gəlməliyik. Fransa və İsveçrə ilə matçlarda isə AVRO-2021-ə vəsiqə üçün mübarizə aparacağıq. Bu da bizim hədəfimizdi".

Qeyd edək ki, seçmə mərhələ 2019-cu ildə başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest