UEFA Millətlərlər Liqasının III turunda Monteneqro, IV turunda isə Kiprlə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb. Matc.az xəbər verir ki, baş məşqçi Canni De Byazi siyahıya 25 futbolçu daxil edib. 

Qapıçılar: Emil Balayev, Şahruddin Məhəmmədəliyev (hər ikisi "Qarabağ"), Aydın Bayramov ("Sumqayıt")

Müdafiəçilər: Maksim Medvedev ("Qarabağ"), Azər Salahlı ("Keşlə"), Bədavi Hüseynov ("Qarabağ"), Abbas Hüseynov ("Qarabağ"), Anton Krivotsyuk ("Neftçi"), Təmkin Xəlilzadə, Amin Seydiyev, Bəhlul Mustafazadə (hamısı "Sabah"), Elvin Bədəlov, ("Sumqayıt"), Şəhriyar Əliyev ("Keşlə")
 
Yarımmüdafiəçilər: Vüqar Mustafayev ("Sumqayıt"), Qara Qarayev, İsmayıl İbrahimli (hər ikisi "Qarabağ"), Coşqun Diniyev ("Sabah"), Rəhim Sadıxov ("Sumqayıt"), Rəhman Hacıyev ("Keşlə"), Elvin Camalov ("Zirə"), Namik Ələsgərov ("Neftçi"), Araz Abdullayev, ("Boluspor", Türkiyə)
 
Hücumçular: Mahir Emreli ("Qarabağ"), Ramil Şeydayev ("Sabah"), Əli Qurbani ("Sumqayıt") 

Sözügedən oyunlara hazırlıq məqsədilə yığmanın təlim-məşq toplanışı oktyabrın 4-də başlayacaq. 

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 10-da Podqoritsa şəhərində Monteneqronun qonağı olacaq. Komanda 3 gün sonra Bakı Olimpiya Stadionunda Kipri qəbul edəcək. 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest