Futbol üzrə İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinin cütləri məlum olub.
 
Matc.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, 1/8 final mərhələsində "Liverpul"u mübarizədən kənarlaşdıran "Arsenal" 1/4 finalda "Mançester Siti"yə rəqib olub.
 
"Mançester Yunayted" isə bu mərhələdə "Everton"la qarşılaşacaq.
 
1/4 final mərhələsinin oyunları dekabrın 21-27-də keçiriləcək.
 
İngiltərə Liqa Kuboku
1/4 final mərhələsi
 
Stok Siti – Tottenhem
Brentford – Nyukasl
Arsenal – Mançester Siti
Everton – Mançester Yunayted

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest