"Maraqlı qrupda düşmüşük. Favorit təbii ki, Fransadı. Onların individual cəhətdən olduqca yüksək keyfiyyətli futbolçuları var". Matç.az saytının məlumatına görə, bunu Slovakiyanın U-21 yığmasının qapıçısı Martin Vantruba deyib.

Bu gün İsveçrənin Nyon şəhərində 21 yaşadək futbolçular arasında AVRO-2021-in seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Slovakiya II qrupda Fransa, İsveçrə, Gürcüstan, Azərbaycan və Lixtenşteynlə mübarizə aparacaq.

Yerli mətbuata açıqlama verən Vantruba püşkü dəyərləndirib. "Slaviya"nın qolkiperi bütün rəqiblərə eyni gözlə baxacaqlarını söyləyib: "Heç kimi qiymətləndirməyə bilmərik. Bütün matçlara ciddi şəkildə hazırlaşmalıyıq. İnanıram ki, bütün bacarığımızı göstərə biləcəyik. Böyük uğurlar qazanacaq potensialımız var. İsveçrə, Gürcüstan, Azərbaycan və Lixtenşteynlə qarşılaşmalarda da bizdən eyni ciddiyyət tələb olunacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest