"Barselona"nın yeni transferi Serjinyo Dest forma nömrəsi seçimini edib.
 
Matc.az xəbər verir ki, 19 yaşlı müdafiəçi Kataloniya klubunda "2" nömrəli forma ilə çıxış edəcək.
 
Bunadək 2 nömrəli formanı Nelson Semedo geyinirdi. Onun karyerasını başqa komandada davam etdirməsi gözlənilir.
 
Qeyd edək ki, Dest La Liqa təmsilçisi ilə 5 illik müqavilə imzalayıb. ABŞ yığmasının üzvü Niderlandın "Ayaks" klubundan 26 milyon avroya transfer olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest