İspaniyanın "Vilyarreal" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan La Liqa təmsilçisi Fransanın "Şatoru" klubunun hücumçusu Haissem Hassanı transfer edib.
 
Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. 18 yaşlı fransız hücumçu ilə 4 illik müqavilə imzalanıb. 
 
Qeyd edək ki, "Qarabağ" İ qrupunda "Vilyarreal"la yanaşı, Türkiyə "Sivasspor"u və İsrail "Makkabi"si (Təl-Əviv) ilə mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest