Futbol üzrə Moldova çempionatında 13-cü turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycanın yığmasının sabiq üzvü Amit Quluzadənin formasını geyindiyi "Milsami" də növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Sfintul" ilə qarşılaşıb. Quluzadənin komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
Millimizin sabiq üzvü də bu görüşün iştirakçısı olub. Amit start heyətdə meydana çıxıb və 71-ci dəqiqədə əvəzlənib.
 
13 turdan sonra 27 xalı olan "Milsami" 10 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest