İngiltərənin "Lester Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Sent-Etyen"dən Uesli Fofananı transfer edib.
 
Bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı fransız müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
 
İngiltərə mətbuatının yazdığına görə, "Lester Siti" Fofana üçün Liqa 1 klubuna 35 milyon avro ödəyəcək. Bonuslarla bu məbləğin 40 milyon avroya çıxması nəzərdə tutulub. Bu, "Sent-Etyen" tarixinin ən qazanclı satışıdır.
 
Fofana "Sent-Etyen" formasıyla meydana çıxdığı 30 oyunda 2 qola imza atıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest