"Bizim yüksək səviyyədə komandamız var və bu qrupdan çıxa bilərik". Matç.az saytının məlumatına görə, bu sözləri Slovakiyanın U-21 yığmasının hücumçusu Robert Bojenik deyib.

19 yaşlı futbolçu yerli mətbuata açıqlamasında 21 yaşadək futbolçular arasında AVRO-2021-in seçmə mərhələsinin püşkatmasını dəyərləndirib. Gənclər yığmasının debütantı yalnız Fransanı özlərinə rəqib sayır: "Aşağı yaş qrupu yığmalarından birində fransızlara qarşı oynamışam. Deyə bilərəm ki, onlar əla rəqibdi. Sələflərimiz bizə böyük ad veriblər. Bu tendensiyanı davam etdirmək istəyirik. Fransa ilə Slovakiya arasında böyük rəqabət olacağını düşünürəm. Hər iki komanda bir-birinə hörmətlə yanaşacaq. Qrupdakı digər komandalar da narahatlıq yarada bilər. Ancaq onları məğlub etmək öz əlimizdədi.

Qeyd edək ki, Slovakiya II qrupda Fransa, İsveçrə, Gürcüstan, Azərbaycan və Lixtenşteynlə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest