Türkiyənin "Gənclərbirliyi" klubunun kollektivi Super Liqanın 4-cü turu çərçivəsində qarşılaşacağı "Beşiktaş"la oyundan öncə koronavirus testindən keçirilib.
 
Matc.az xəbər verir ki, testlər nəticəsində 4 nəfərdə virus aşkarlanıb.
 
Onların ikisi futbolçu, digər ikisi isə klub işçisidir. Adları açıqlanmayan həmin şəxslər dərhal karantinə alınıblar və xüsusi nəzarətə götürülüblər.
 
Qeyd edək ki, "Beşiktaş" – "Gənclərbirliyi" matçı oktyabrın 4-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest